Poroşenko mitinq iştirakçılarına söz verdi
Bizi izləyin

Dünya

Poroşenko mitinq iştirakçılarına söz verdi

Donetsk vilayətinin İlovaysk şəhərində mühasiyəyə düşən antiterror güclərinə yardım tələbi ilə Ukrayna Prezident Administrasiyası qarşısında mitinq keçirilib.

Publika.az-ın verdiyi xəbərə görə, mitinq iştirakçılardan bir qrupu prezident Pyotr Poroşenko ilə görüşüb.

Məlumata görə, Poroşenko İlovaysk şəhərinin möhkəmləndirilməsi və mühasirəyə düşən antiterror güclərinə yardım ediləcəyinə söz verib. Prezidentlə görüşən nümayəndə heyəti görüşün detalları barədə əlavə məluma verməyib. Onlar prezidentin söylədiklərinin strateji əhəmiyyətli və gizli informasiya olduğunu bildiriblər.

Qeyd edək ki, Ukrayna antiterror gücləri 5 gün bundan əvvəl İlovaysk şəhərində düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm