Ukraynanın 62 hərbçisi Rusiyaya sığındı
Bizi izləyin

Dünya

Ukraynanın 62 hərbçisi Rusiyaya sığındı

Ukraynanın 62 hərbçisi bu gün sərhədi keçərək Rusiyadan sığınacaq istəyib.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd idarəsinin Rostov vilayəti üzrə nümayəndəsi Nikolay Sinitsi bildirib.

Onun sözlərinə görə, avqust ayının əvvəllərindən yüzlərlə Ukrayna hərbçisi sığınacaq xahişi ilə Rusiya sərhədçilərinə müraciət edib. Avqust ayının 4-də isə Rusiyaya 438 Ukrayna hərbçisi keçmişdi.

Rostov Sərhəd Xidmətinin mətbuat katibi Vasiliy Malayev son 4 ay ərzində Rusiya keçən 750 Ukrayna hərbçisinin ölkəsinə qaytarıldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm