• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İran nüvə reaktorunun təyinatını dəyişir

  • Dünya
  • 28 Avqust 2014 05:42
  • 482 Baxış
İran nüvə reaktorunun təyinatını dəyişir

İran plutonium ehtiyalarını məhdudlaşdırmaq məqsədilə Arak ağırlaşdırılmış su reaktorunda işlərə başlayıb. 5+1 qrupu ilə nüvə proqramı ətrafında əldə olunan müvəqqəti sazişə görə, Arak reaktoru rekonstruksiya olunaraq, quruluşunda dəyişikliklər aparılacaq.

İranın Atom Enerji Təşkilatının rəisi Əli Əkbər Salehi bu barədə açıqlama verib. İran dövlət telekanalının yayımladığı bəyanatda, Salehi bunun - reaktorla bağlı tərəflərin qarşılıqlı razılaşma əldə etməsi üçün əlverişli fürsət olduğunu deyib.

Arak reaktoru əvvəlki təyinatı üzrə fəaliyyətini davam etdirsəydi, müəssisədə atom silahının aktiv nüvəsini hazırlamağa kifayət edən miqdarda ptunoium hazırlana bilərdi ki, bu indiyə kimi Qərbi narahat edən əsas məqamlardandır. Ancaq danışıqlardan sonra İran adı çəkilən nüvə obyektini rekonstruksiya edib əvvəlki istehsal gücünün yalnız beşdə biri qədər plutonium istehsal etməyi təklif etdi. Bununla belə Qərb Arak reaktorunun tamamilə dəyişdirilməsini istəyir.

İran isə buna qarşı çıxır. Rəsmi Tehran əmin edir ki, ağırlaşdırılmış su reaktoru tibbi məqsədlərlə radio-izotopların hazırlanması üçün vacibdir.

Qeyd edək ki, tərəflər yekun razılaşmaya gəlməyəcəyi təqdirdə, Qərblə İran arasında bağlanmış müvəqqəti sazişin müddəti noyabr ayında başa çatacaq. Müsbət irəliləyiş olmazsa, İrana qarşı sanksiyalar yenidən sərtləşdirilə bilər.


Associated Press

Xəbər lenti

DAHA ÇOX XƏBƏR