"Yanukoviç reanimasiyadadır"
Bizi izləyin

Dünya

"Yanukoviç reanimasiyadadır"

Ötən həftə xəstəxana izni alan Ukrayna prezidenti Viktor Yanukoviçin bəzi məlumatlara görə, artıq reanimasiyaya yerləşdirildiyi deyilir.

AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Batkovşina” partiyasından Ali Radaya deputat seçilmiş Vladimir Yavorivski məlumat verib.

“Təəssüf ki, biz Yanukoviçin hansı vəziyyətdə olduğunu bilmirik. Artıq onun reanimasiyaya köçürülməsi ilə bağlı informasiyalar peyda olub. Mən bu ola bilər. Fizioqnomika haqqında anlayışım olan şəxs kimi kimi Yanukoviçin üzünün rənginin və ifadəsinin necə dəyişdiyinə diqqət etmişəm. Xalqa son müraciətində o, kifayət qədər qaradinməz və qeyri-sağlam üz ifadəsinə malik vəziyyətdə idi. Aydındır ki, o özünü yaxşı hiss etmir və sağlam deyil. Yanukoviç Regionlar partiyası ilə görüşdə şəxsən etiraf edib ki, başında daxili qanaxma var və o çox pis görünür. Ona görə də, nə qədər o öz real vəziyyətini gizlətməyə çalışsa da, biz doğrunu öyrənəcəyik”- deyə deputat bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm