• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Suriyada yeni hökumət elan olundu

  • Dünya
  • 28 Avqust 2014 07:10
  • 568 Baxış
Suriyada yeni hökumət elan olundu

Çərşənbə günü Şamda yenə yenidən Vail Nader əl-Halqinin başçılıq etdiyi hökümət elan edilib.

Publika.az-ın məlumatına görə, dövlətin XİN (Valid Muallem), DİN (Muhammed əş-Şaar) və Müdafiə Nazirliyi (Fəhd Casem əl-Freyc) kimi əsas rəhbərliklər olmaq, əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib.

Nazirlərin əksəriyyəti iqtidarda olan Ərəb Sosial Dirçəliş Partiyasına aiddirlər. Əl-Halqiyə kabineti qurmaq üçün 19 gün vaxt verilib.

Qeyd edək ki, Əl-Halqi keçmiş səhiyyə naziri olub. Prezidentə məxsusi yaxınlığı ilə seçilən Əl-Halqi 2012-ci ilin 9 avqustunda baş nazir elan edilib. Belə ki, onun Suriyadan qaçıb İordaniyaya sığınan sələfi Riad Fərid Hicab Əsədə qarşı çıxaraq müxalifətə qoşulmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR