Prezidentlik gerbində Fatiha surəsi (FOTO)
Bizi izləyin

Dünya

Prezidentlik gerbində Fatiha surəsi (FOTO)

Ötən gün hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayında Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Publika.az-ın türk mediasına istinadən xəbərinə görə, çıxışdan sonra Ərdoğana xüsusi bir hədiyyə verilib.

Məlumata görə bu, Dənizli şəhərində nəqqaş-usta tərəfindən hazırlanan, ətrafında ərəbcə Fatiha surəsinin yazıldığı prezidentlik gerbi olub.

Xüsusi gerbin dizaynının millət vəkili Nurcan Dalbudak tərəfindən hazırlandığı bildirilsə də gerbi hazırlayan nəqqaş barədə məlumat verilməyib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm