7 yaşlı qız diri-diri basdırıldı
Bizi izləyin

Dünya

7 yaşlı qız diri-diri basdırıldı

Hindistanın Uttar-Pradeş ştatında 7 yaşlı Tanu öz qohumları tərəfindən diri-diri basdırılıb.

Xoşbəxtlikdən diri basdırılımış qız xilas olub. Torpaq altda qalan balaca qızın huşu qayıtdıqdan sonra dayaz qazılmış məzarın torpağını qazaraq çıxa bilib. Tanu torpaq üzərinə çıxdıqdan sonra məzarın qırağında oturaraq ağlamağa başlayıb. Bundan sonra ərazidə yerləşən plantasiyada işləyən işçilər uşağın çığırtılarını eşidərək polisə xəbər veriblər.

Yerli polisin verdiyi məlumata görə, 7 yaşlı qızın qohumları onu kənd yarmarkasına gətiriblər. Lakin naməlum səbəblərdən qohumlar fikirlərini dəyişərək qızı boğaraq tarlada basdırıblar.

Polis qohumların axtarışını davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm