Ukraynada ölən rus hərbçilərin sayı – Siyahı
Bizi izləyin

Dünya

Ukraynada ölən rus hərbçilərin sayı – Siyahı

Rusiyanın Stavropol vilayətinin Əsgər Anaları Komitəsi Ukraynanın şərqində ölən və yaralanan Rusiya hərbçilərinin siyahısını hazırlayıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, siyahıda dörd yüzə qədər yaralı və ölən hərbçinin adı var.

Komitə sədri Lyudmila Boqatenkov Ukraynada döyüşən hərbi briqadalarının da adını açıqlayıb. Bunlar əsasən Şimali Osetiya və Çeçenistan Respublikasında yerləşən briqadalardır.

“Bizim KİV-lərimiz yalan danışır. Bu yaralı və həlak olanların son siyahısı deyil. Siyahı daim yenilənir”, - komitə sədri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm