Yol polisini döyüb xəstəxanalıq etdi
Bizi izləyin

Dünya

Yol polisini döyüb xəstəxanalıq etdi

Moskvada yol polisi döyülüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hadisə Moskvanın Lyublinsk küçəsində baş verib.

Yol polisi inspektoru axşam saatlarında yolun ortasında sürücü ilə sərxoş piyadanın mübahisə etdiyini görüb. Mübahisə edənləri sakitləşdirmək istəyən polis hücuma məruz qalıb.

Sərxoş piyada inspektorun poqonlarını cırıb, daha sonra qanun keşikçisinin qarın nahiyəsinə zərbələr endirib.

Nəticədə xuliqan polis şöbəsinə, inspektor isə xəstəxanaya aparılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm