Separatçıların “baş naziri” Moskvanın “zibili”ni açdı
Bizi izləyin

Dünya

Separatçıların “baş naziri” Moskvanın “zibili”ni açdı

Separatçı “Donetsk Xalq Respublikası” rəhbərliyi Rusiya hərbçilərinin onlarla bir yerdə Ukrayna ordusuna qarşı vuruşduğunu etiraf edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko “Rusiya 24” kanalına açıqlamasında deyib.

A.Zaxarçenkonun sözlərinə görə, Ukrayna ordusuna qarşı vuruşanlar arasında çoxlu rus hərbçisinin olmasını gizlətmirlər. “Donetsk Xalq Respublikasına Rusiyadan könüllü olaraq çoxlu sayda ehtiyatda olan hərbçi gəlir. Onlar bizimlə vuruşular, anlayırlar ki, bu bir borcdur”, - o, bildirib.

Xatırladaq ki, bundan əvvəl də Ukrayna tərəfi separatçıların tərəfində rus hərbçilərin döyüşdüyü barədə foto və video görüntüləri yayımlayıb. Rəsmi Moskva isə iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm