• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Suriya təyyarələri İsrail sərhədində

  • Dünya
  • 28 Avqust 2014 13:16
  • 486 Baxış
Suriya təyyarələri İsrail sərhədində

Suriya təyyarələri İsraillə sərhəddə olan Kuneytra rayonu ərazisindəki müxalifət düşərgələrini bombalayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Əsəd qüvvələri müxalifətin “Beyt-əl Makdis” qruplaşmasına zərbələr endirib.

Bombardman nəticəsində 6 silahlı şəxs öldürülüb. Ümumilikdə isə son həftədə bu ərazidə gedən döyüşlərdə hər iki tərəf itki verib.

Əsəd ordusundan 20, silahlı müxalifətdən isə 14 nəfər öldürülüb.

İsrail isə sərhədlərinin yaxınlığında gedən döyüşlərdən narahatlıq keçirir.

Çünki Suriya hökuməti ilə müharibə aparan “Beyt-əl Makdis” və həmçinin “Əl Nüsrə” qruplaşmasının İsraillə də bağlı planları var. Onlar gələcəkdə yəhudiləri Yerusəlimdən qovaraq, müsəlmanları ora qaytarmağı düşünürlər.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR