Ukrayna Rusiyanın bütün bank aktivlərini dondurmağa çağırdı
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanın bütün bank aktivlərini dondurmağa çağırdı

Ukrayna baş naziri Arseniy Yasenyuk bütün dünyanı Rusiyanın bank aktivlərini dondurmağa çağırıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, baş nazir Rusiyanın bank aktivlərinin işğalın başa çatmasına qədər davam etməli olduğunu bildirib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələri özünü yalnız uzunmüddətli perspektivdə göstərəcək. İndiki halda Rusiya təcavüzünün qarşısının alınması üçün Rusiyanın bütün aktivləri dondurulmalı, Avropa Birliyi və ABŞ, o cümlədən böyük yeddilik ölkələri Rusiya ilə bütün bank sazişlərinin icrasını dayandırmalıdır”, - Yasenyuk deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm