Moskvada müharibəyə etiraz edənlər həbs olunur - FOTOLAR
Bizi izləyin

Dünya

Moskvada müharibəyə etiraz edənlər həbs olunur - FOTOLAR

Bu gün səhər Moskvanın Manejnıy meydanında Ukraynada aparılan müharibəyə etiraz edənlər aksiya keçirməyə cəhd edib.

Publika. Az xəbər verir ki, bu haqda etiraz aksiyasını təşkil edənlərdən biri, müxalifətçi Andrey Bıstrov öz tvitter hesabında məlumat verib.

O, bildirib ki, polis müharibə əleyhinə çıxış edənləri saxlamağa başlayıb:

“Rusiya Ukraynanın ərazisinə soxulub. Rədd olsun müharibə şüarı səsləndirən piketçiləri qandallayıb xüsusi avtobuslara mindirdilər. Onlara qarşı nə ittihamı irəli sürüləcək, hələ ki, bilmirəm.”

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm