• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Poroşenko Türkiyə səfərini ləğv etdi

  • Dünya
  • 28 Avqust 2014 15:09
  • 437 Baxış
Poroşenko Türkiyə səfərini ləğv etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə səfəri ləğv edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, prezidenti Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclası çağırıb.

Prezidentin rəsmi saytından verilən məlumata görə, P.Poroşenko həmçinin avropalı partnyorlara Avropa İttifaqının fövqəladə iclasının çağırılması üçün müraciət edəcək.

Qeyd edək ki, Pyotr Poroşenko və Vladimir Putin arasında Minskdə keçirilən görüşdən dərhal sonra Rusiyanın çoxsaylı hərbi texnikası və canlı qüvvəsi Ukrayna ərazisinə daxil oldu. Rusiya hərbi birləşmələrinin görüşdən sonra Azov dənizi sahilində yerləşən Novoazovsk şəhərini ələ keçirdiyi bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR