• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsveçrə ATƏT-in təcili iclasını çağırdı

  • Dünya
  • 28 Avqust 2014 16:08
  • 361 Baxış
İsveçrə ATƏT-in təcili iclasını çağırdı

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar İsveçrə ATƏT-in daimi şurasının təcili iclasını çağırıb.

Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda qurumun Vyanadakı mənzil-qərargahında toplantı davam edir.

Qeyd olunur ki, 57 ölkənin üzv olduğu ATƏT-in adətən avqust ayında hər hansı iclası keçirilmir. Lakin Ukraynadakı gərgin durum üzv ölkələrin daimi nümayəndələrinin bir araya gəlməsinə səbəb olub və bu, sayca ikinci belə iclasdır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qəfil ordu yeritməsi əksər beynəlxalq təşkilat və ölkələrin etirazına səbəb olub. Yaranmış vəziyyətlə əlaqədar rəsmi Moskvadan məsələyə açıqlama istənilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR