Ərdoğanın Çankaya Köşkündə ilk qonağı bu şəxs olacaq
Bizi izləyin

Dünya

Ərdoğanın Çankaya Köşkündə ilk qonağı bu şəxs olacaq

Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan yeni baş nazir, eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Əhməd Davudoğlunu bu gün axşam Çankaya Köşkündə qəbul edəcək.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, R.T.Ərdoğanın AKP sədri Əhməd Davudoğlu ilə görüşünün saatı bəlli olub.

İki lider bu gün təhvil-təslim mərasimindən sonra yerli vaxtla saat 22:00-da köşkdə görüşəcək. Prezidentliyi Abdullah Güldən təhvil alan Ərdoğan görüşdə Davudoğluya hökumətin qurulması ilə bağlı təlimat verəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm