İŞİD üzvləri CNN-in canlı efirində - Şok
Bizi izləyin

Dünya

İŞİD üzvləri CNN-in canlı efirində - Şok

İraq Şam İslam Dövlətinin (İŞİD) üzvləri CNN televiziyası ilə canlı bağlantı yaradaraq, başı kəsilən ABŞ jurnalisti Ceyms Foley haqqında danışıblar.

Axar.az xəbər verir ki, İŞİD sıralarına qatılmaq üçün Suriyaya gedən Əbu Ənvər və Amu Bəkir adlı iki ingilis CNN-lə canlı bağlantı yaradaraq, qərbli girovun başını kəsməkdən qürur duyduqlarını bildiriblər.

İŞİD üzvləri əminliklə edam prosesi barədə müsbət fikir söyləməklə müqəddəs saydıqları bu işi icra etmək üçün hazır olduqlarını vurğulayıblar. Əbu Ənvər jurnalist Foleyin edamı barədə bunları deyib:

"Belə bir edamı icra etməkdən qürur duyardım. Ümid edirəm ki, qardaşlarımın Ceyms Foleyi öldürməsi üçün verdiyi fürsətdən Allahım mənə də bənzər şans verəcək. Öldürəcəyim adamın Bəşərin, yaxud ABŞ-ın əsgəri olmasının heç bir fərqi yoxdur. Mən bu müqəddəs vəzifəmi yerinə yetirməyə hazıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm