• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukraynalıların kabusu: belarus qadın snayperçi öldürüldü – FOTO

  • Dünya
  • 28 Avqust 2014 18:15
  • 859 Baxış
Ukraynalıların kabusu: belarus qadın snayperçi öldürüldü – FOTO

Ukrayna hərbçiləri separatçıların tərəfindən vuruşan muzdlu belarusiyalı qadın snayperçini zərərsizləşdiriblər.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Natalya Krosovskaya Donetskin Yelenovka kəndi ətrafındakı qızğın döyüşlərdə öldürülüb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, separatçılar tərəfdən vuruşan muzdlular və cinayətkar ünsürlər çoxdur. Lakin Krasovskaya peşəkar snayperçi olub. Onun gülləsindən xeyli ukraynalı əsgər həyatını itirib.

Bir müddət əvvəl isə “Komsomolskaya Pravda” qəzetində Krasovskayanın müsahibəsi dərc edilmişdi. Müsahibəsində snayperçi qadın Lukaşenkoya salam yollamışdı. Bildirmişdi ki, müharibə bitdikdən sonra Belarusa qayıdacaq və atası ilə qarşı-qarşıya oturaraq iki kişi kimi çoxlu araq içəçəklər. Yəni qələbənin şərəfinə.

İndi görünən odur ki, Natalyanın atası tək içməli olacaq. Həm də qızının məzarı başında.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR