“İslam Dövləti” qadın batalyonu yaradır
Bizi izləyin

Dünya

“İslam Dövləti” qadın batalyonu yaradır

“İslam Dövləti” (İŞİD) döyüşçüləri Suriyanın Raqqa şəhərində nəzarəti ələ aldıqdan və keçid məntəqələri qurduqdan bir neçə ay sonra yeni problemlərlə üzləşib. Belə ki, düşmənlər çox vaxt şəhərdən qadın libasında qaçır. Kişi döyüşçülər uzun milli paltarda və üzləri örtülü olan qadınları demək olar ki, yoxlaya bilmir.

Publika.az-ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, buna görə də İSİD qadınlardan ibarət Əl-Xansa briqadasını yaratmaq qərarına gəlib.

Məhəmməd peyğəmbərin ilk davamçılarından olan məşhur şairənin adını daşıyan briqadadakı qadınlar polis işçiləri olmaqla yanaşı, Raqqada qadınların İslam qanunlarına uyğun davranmalarına nəzarət edir. Raqqada gəzən silahlı qadınlar istədikləri zaman küçələrdə qadınları saxlayıb sorğu-sual edə və ya onların üzərində yoxlama apara bilir. Onlar eləcə də küçədə gəzən və ya maşında olan qadınların yanlarındakı kişilərin ailə üzvü olub-olmadığını araşdıra bilir. Briqada həm də “İslam Dövləti” haqda ictimai təsəvvürü yaxşılaşdırmağa xidmət edir.

“Biz İŞİD üzvləri tərəfindən zorlanan və sonradan intihar edən üç qadını misal gətirə bilərik. Bu, pis haldır” - deyə, qadınlar və terrorizm mövzusunda bir neçə kitabın müəllifi Mia Blom bildirir.

Belə basqılar İslam Dövləti ideologiyasına sadiq qalan və İŞİD döyüşçüləri ilə evlənməyə hazır olan qadınlara mane ola bilər. Hamira Xan Vaşinqtonun “Müflehun” ektremizmlə mübarizə qrupunun üzvüdür. “Eyni fikirli bir cəmiyyət qurmaq üçün İŞİD döyüşçülərinə ailə lazımdır. Döyüşçüləri cihada ruhlandıran arvadları olmalı, övladlarını bu yola təşviq edən analar lazımdır,” - deyə, Xan bildirir.

Sonda İŞİD-in qadın üzvləri və buna oxşar qruplar sosial media vasitəsilə bir –birləri ilə əlaqə saxlayır. Onlar yeni dəstək qrupları təşkil edir, təcrübələrini bölüşür, yeni dostlar tapır. Yeni üzvlərə isə nə etməli olduqlarını və nə ilə üzləşə biləcəklərini öyrədirlər. “Qadının müşaiyətsiz gəzməsinə qadağa kimi qanunlarına baxmayaraq, onlar qızlara Suriyaya maneəsiz keçməyin yollarını öyrədirlər,” - deyə, Xan bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm