• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İngiltərə polisi: “200 İŞİD üzvü Londondadır”

  • Dünya
  • 28 Avqust 2014 18:46
  • 449 Baxış
İngiltərə polisi: “200 İŞİD üzvü Londondadır”

200 İŞİD üzvünün Londana gəlməsi İngiltərəni narahat edib.

Axar.az xəbər verir ki, İngiltərə polis təşkilatının rəhbəri Sir Bernard Hoqan-Hove İraq və Suriyada döyüşmüş təxminən 200 nəfərin bu saatlarda Londonda olduğunu söyləyib.

İngiltərənin “Eveninq Standart” qəzetinin verdiyi xəbərə görə, Hoqan-Hove son zamanlarda İŞİD-in gedərək artan təhdidlərinə qarşı ölkəyə girişlərin daha möhkəm nəzarət altında saxlanılmasının lazım olduğunu bildirib.

Bernard İngiltərədən ən azı 500-600 nəfərin Suriya və İraqa getdiyini və ən azı 250 nəfərin ölkəyə geri döndüyünü iddia edib. O, ölkəyə qayıdanların və xüsusilə onların Londonda olmasının İngiltərə üçün narahatlıq yaratdığını qeyd edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR