Hollivudun ən məşhur cütlüyü evləndi
Bizi izləyin

Dünya

Hollivudun ən məşhur cütlüyü evləndi

Hollivudun məşhur cütlüklərindən Ancelina Coli və Bred Pittin evləndiyi iddia edilib.

Axar.az xəbər verir ki, iddiaya görə uzun müddətdir birlikdə yaşayan Ancelina Coli və Bred Pitt şənbə günü gizlicə evləniblər.

Məlumata görə, Hollivudun sevimli cütlüyünün evlilik mərasimi Fransada hamıdan xəbərsiz şəkildə baş tutub.

Xatırladaq ki, Bred Pitt 2005-ci ildə həyat yoldaşı Cenifer Anistondan boşanaraq Ancelina Coli ilə vətəndaş nikahında birlikdə yaşamağa başlamışdı. Cütlüyün 6 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm