"Rus hakimiyyəti qorxaqdır"
Bizi izləyin

Dünya

"Rus hakimiyyəti qorxaqdır"

Xodorkovski rusları Putinə qarşı küçələrə çıxmağa çağırıb.

Publika.az-ın məlumatına görə, rusiyalı biznesmen, keçmiş siyasi məhbus Mixail Xodorkovski həmvətənlərini Kremlin Ukraynaya qarşı elan olunmamış müharibə aparmasına etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.

Xodorkovski öz saytında yerləşdirdiyi çağırışda yazır: "Biz əməlli-başlı Ukrayna ilə müharibə aparırıq. Ora əsgər və texnika göndəririk. Ukraynalılar yaxşı döyüşür, amma geri çəkilir. Qüvvələr, əlbəttə ki, bərabər deyil.

Belə şəraitdə bizim hakimiyyət aramsız olaraq yalan danışır. 80-ci illərdə Əfqanıstan, 90-cı illərdə Çeçenistan haqqında danışdıqları kimi, indi də Ukrayna haqqında yalan danışırlar.

Biz isə hər iki tərəfdən dünənki hərbçi yoldaşlarımızı, dostlarımızı və yaxınlarımızı dəfn edirik. Onlar bir-birlərini ona görə öldürmürlər ki, belə istəyirlər. Ona görə öldürürlər ki, qocalmış hakimiyyətə qan lazımdır”.

Xodorkovski hesab edir ki, Rusiya vətəndaşları müharibəni dayandıra bilərlər: “Sadəcə küçələrə çıxmaq və tətillə hədələmək kifayətdir. Hakimiyyət dərhal geri çəkiləcək, o qorxaqdır.

Amma yox, biz özümüzü inanmış kimi göstərəcəyik və dəfn mərasimlərində ağlayacağıq. Mən daha susmaq istəmirəm və susmayacam!”.


Azadliq.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm