Dünya
Araz Ağalarov: "Ona pul vermək mümkün deyildi" - Video
Müğənni-bəstəkar Emin Rusiyanın birinci kanalında yayımlanan "Gənc milyarderlər” verilişinin qonağı olub.
Biznesindən, musiqi sevgisindən danışan
ifaçı hazırkı pilləyə qalxma prinsiplərini açıqlayıb:
"Amerikada oxuyurdum. Bir dəfə atam yanıma gələndə mağazaları
gəzməyə çıxdıq. Qəfildən mənə dedi ki, sən heç kim, avara
olacaqsan. Lazımsız biri kimi böyüyəcəksən. Pis oldum, öz-özümə
düşündüm ki, qəflətən bu sözlər haradan çıxdı. Özümə söz verdim ki,
bir də atamdan pul götürməyəcəm. Universiteti bitirib, Moskvaya
getdim. Mənə dedi ki, bir neçə işçini şirkətdən qovmuşam. Gəl,
mənimlə çalışaq. Səhər cins şalvar və köynəkdə ofisə getdim.
İngilis tələbələrinə oxşayırdım. Ofisə daxil oldum, məni hamıya
"Tanış olun, sizin yeni müdiriniz” deyə təqdim elədi. İstəmirdim,
məni belə tanıtsın. İşə "07” markalı maşınla gedirdim. Deyirdim ki,
mən idarəçiyəm, öz avtomobilimlə getməliyəm. Atamın maşınına isə
oturmurdum”.
Emin həyat yoldaşı Leyla Əliyeva ilə bağlı suallara isə belə cavab
verib:
"Sevgi cəbhəsindəki hal əlbəttə ki, musiqi həyatıma təsir edir.
Mahnılarım olub ki, onu həyat yoldaşıma həsr etmişəm. Birincisi,
xoşbəxtəm, ikincisi isə iki oğlum var. Bu məni daha da xoşbəxt
edir”.
Müğənninin atası, iş adamı Araz Ağalarov isə oğlu haqda bunları
deyib:
"Ona pul vermək mümkün deyildi, götürmürdü. Oğlumla danışanda elə
bilirəm, özüməm. Ona "yox" demək qeyri-mümkündür. Eminin indiki
halından çox razıyam”.
Müğənni İqor Krutoy isə Emin haqqında "Uşaqlıqdan xaricə uçarkən
həmişə adi qaydalardan istifadə edirdi. Deyirdim ki, biznes-klassa
get. Söyləyirdi yox, nə vaxt özüm qazanıb, pulum olar, onda
gedərəm. Atamın pulu ilə bunu heç vaxt etməyəcəm. Halbuki, onun
atasının buna gücü çatırdı”, deyə bildirib.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?