BMT Rusiyanı Krımın ilhaq dəlilindən məhrum etdi
Bizi izləyin

Dünya

BMT Rusiyanı Krımın ilhaq dəlilindən məhrum etdi

BMT Baş katibinin insan haqları üzrə müavini, bu yaz Krımda olmuş İvan Şimonoviç qeyd edib ki, Baş Assambleya tərəfindən etibarsız (qanunsuz) hesab olunan refendumdan sonra yaranmış vəziyyət söz, toplantı azadlığı, eləcə də digər mülki və siyasi hüquqlarla bağlı narahatlığa əsas verir.

Axar.az rus mediasına istinadən xəbər verir ki, Baş katibin müavini referendum və onun nəticələrinin də bir çox suallar doğurduğunu vurğulayıb. İvan Şimonoviç deyib:

“Silahlı qruplaşmaların və fərqlənmə nişanları olmayan özünümüdafiə qruplarının iştirakı insanların öz iradələrini azad şəkildə bildirməyə imkan verməyib. Bundan başqa, BMT səslərin manipulyasiya edilməsinə dair çoxlu dəlillər əldə edib. Mənbələr təsdiq edir ki, referendumda Ukrayna vətəndaşlığı olmayan insanlar iştirak edib, bəziləri isə bir neçə dəfə səs veriblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm