Roqozin: “Nüvə silahından istifadə etməyə hazırıq”
Bizi izləyin

Dünya

Roqozin: “Nüvə silahından istifadə etməyə hazırıq”

Rusiya Federasiyasının Baş nazir müavini Dmitri Roqozin Dövlət Dumasındakı çıxışında deyib ki, Rusiya nüvə silahından istifadə etməyə hazırdır.

Publika.az İTAR-TASS-a istinadən xəbər verir ki, Baş nazir müavini çıxıında qeyri-nüvə silahlarını strateji mövqelərdə yerləşdirərək eksperiment aparmağın mümkünlüyünü dilə gətirib:

“Ancaq bir məqamı unutmaq olmaz ki, əgər bizə hücum olarsa, qəbul etdiyimiz doktrinalara müvafiq olaraq, şübhəsiz, nüvə silahlarının köməyi ilə ərazilərimizin, ali dövlət maraqlarımızın müdafiəsinə qalxacağıq”.

O həmçinin bildirib ki, istənilən təcavüzkar qruplar bunu dərk etməlidir və bu imkan Rusiya Federasiyasına qarşı təxribat və təcavüzün qarşısıını almağın başlıca faktorudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm