"İŞİD-ə qarşı mübarizədə Əsəd müttəfiq ola bilməz"
Bizi izləyin

Dünya

"İŞİD-ə qarşı mübarizədə Əsəd müttəfiq ola bilməz"

"Suriya prezidenti Bəşər Əsəd "İŞİD"ə qarşı mübarizədə müttəfiq ola bilməz". Bunu Fransa prezidenti Fransua Olland xarici ölkə səfrləri ilə keçirdiyi toplantıda deyib. Suriyada "İŞİD"ə qarşı mübarizə aparan üsyançı qüvvələrin dəstəklənməsinə ehtiyac olduğunu bildirən Olland, Əsədin bu işdə müttəfiq ola biləcəyinə şübhə ilə yanaşıb.

"Əsəd terrora qarşı mübarizədə bizim müttəfiqimiz ola bilməz. İki barbar qüvvə arasında seçim etməyəcəyik. "İŞİD"ə qarşı mübarizədə İraqa dəstək verəcəyik. Bu ölkədə "İŞİD"ə qarşı vuruşan qüvvələrə lazımi yardım ediləcək. Beynəlxalq ictimaiyyət də "İŞİD"ə qarşı mübarizədə müxalif üsyançıları himayə etməlidir".

Fransa prezidenti Liviyadakı vəziyyətdən dolayı da narahatlığını ifadə edərək, BMT-ni bu vəziyyətin xaosa çevrilməsinin qarşısını almağa çağırıb. "Bu gün bir şey etməsək, terrorizm bütün bölgəyə yayılacaq".

İHA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm