“Mənəm-mənəm” deyənlərin edə bilməyəcəyi şeyləri edib
Bizi izləyin

Dünya

“Mənəm-mənəm” deyənlərin edə bilməyəcəyi şeyləri edib

“Mənəm-mənəm” deyənlərin edə bilməyəcəyi şeyləri edib

Amerikalı Cessika Cox dünən 31-ci doğum gününü qeyd edib.

İki qolu olmadan dünyaya gələn Cessika Cox normal insanların edə bilməyəcəyi bir çox şeyi edərək hər kəsi heyrətləndirib.

İndiyə qədər haqqında çox danışılan Cessikanın hekayəsi 1983-cü ildə ABŞ-ın Arizona əyalətində başlayıb. Körpələri dünyaya gələndə qızlarının qol və əllərinin olmadığını öyrənən ana, atası şok olub. Anası narahat idi. Qızının həyatda heç vaxt tək yaşaya bilməyəcəyindən qorxurdu. Lakin Cessika Cox təmkinli uşaq idi.

“Başqa insanların əlləriylə etdiklərini mən ayaqlarımla etməyi öyrəndim” deyən Cessika avtomobil və təyyarə idarə edir, pianino çalır, məktəblərdə, şirkətlərdə motivasiya dərsləri verir. Gənc qadın, “İnsanın özünü qurban kimi görməyi asandır. Amma anam və atam mənə həmişə özümü qurban kimi görməmək yönündə tərbiyə edib” deyir.

13 yaşında protezdən istifadə etməkdən imtina edib. “Onlar mənə insan kimi hərəkət etməyə mane olurdu. Mənim kimiləri maneəli görürlər, bu səhvdir. Mən tamamilə normal bir həyat yaşayıram” deyir.

Sürücülük vəsiqəsi alandan sonra uçuş qorxusunu da məğlub etməyi qarşısına məqsəd qoyan gənc qadın uçuş dərsləri alıb. Psixologiya təhsili almış Cessika “Kiçik bir likör stəkanı qədər əzm, pivə stəkanı dolusu qabiliyyətdən yaxşıdır” deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm