Separatçılar döyüşçülərini necə dəfn edir? – FOTOLAR
Bizi izləyin

Dünya

Separatçılar döyüşçülərini necə dəfn edir? – FOTOLAR

CNN telekanalının fotojurnalisti Conatan Alpeyri iki həftədən artıq Donetsk ətrafnda hərbi əməliyyat zonasında olub.

Jurnalistin ən maraqlı reportajı separatçıların öz silah yoldaşları üçün təşkil etdikləri dəfn mərasimindən olub.

Adətən belə dəfn proseslərinə jurnalistləri buraxmırlar. Ümumiyyətlə, itkiləri gizləməyə çalışırlar.

Lakin Conatan icazə almağa nail olub. Onun sözlərinə görə, mərasim avqustun 18-də Donetsk yaxınlığındakı kəndlərdən birində keçirilib və bir saat davam edib.

İcazəsi olsa da, separatçılar dəfndən sonra Conatanı həbs ediblər. Donetskə gətirərək fotoaparatdan onun çəkdiyi şəkiləri siliblər.

Lakin redaksiyada şəkilləri xüsusi proqramla yenidən bərpa etmək mümkün olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm