Obama Poroşenkonu Ağ Evə dəvət etdi
Bizi izləyin

Dünya

Obama Poroşenkonu Ağ Evə dəvət etdi

ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Pyotr Poroşenkonu sentyabrda Ağ Evə dəvət edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin özü Ağ Evdə çıxışında bildirib.

B.Obama çıxışında Rusiyanı Ukraynaya təcavüz etməkdə ittiham edib. O, separatçıları məhz Rusiyanın silahlandırdığını, onlara təlim keçdiyini, eləcə də qondarda “DXR” və “LXR” rejimlərini maliyyələşdirdiyini deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, yeni peyk görüntüləri də Rusiya qoşunlarının Ukrayna ərazisində mövcudluğunu göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm