Rusiyanın 60 tankı Mariupola hücuma keçdi
Bizi izləyin

Dünya

Rusiyanın 60 tankı Mariupola hücuma keçdi

İki gün əvvəl Novoazovsk şəhərini ələ keçirən Rusiya hərbi qruplaşmaları artıq Mariupola yaxınlaşıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə TSN kanalının süjetində deyilir.

Telekanal xəbər verir ki, Rusiya Mariupolu ələ keçirməklə Ukraynanın içərilərinə irəliləmək üçün növbəti müharibə meydanı hazırlayır.

“Rusiya hərbçiləri Mariupolun 20 kilometrliyindədir. Hazırda Rusiyanın 60 tankı şəhər yaxınlığındadır. Rusiya döyüş qrupları Novoazovskdan Mariupola yola düşür”, - TSN-nin xəbərində deyilir.

Xatırladaq ki, Şimali Atlantik Alyansı Rusiyanın Ukraynaya qarşı işğalını sübut edən peyk görüntülərini açıqlayıb. Qurumun mətbuat katibi Ona Lunqesku “tvitter” səhifəsində rus tankları və ağır silahlarının Ukrayna ərazisində hərəkət etdiyini təsdiqləyən materiallar yerləşdirib.

ABŞ prezidenti Barak Obama da dünən qeyd edib ki, yeni peyk görüntüləri Rusiya qoşunlarının Ukrayna ərazisində mövcudluğunu göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm