İsrailin Türkiyəyə verəcəyi təzminatın məbləği nə qədərdir?- RƏQƏM
Bizi izləyin

Dünya

İsrailin Türkiyəyə verəcəyi təzminatın məbləği nə qədərdir?- RƏQƏM

İsrail “Mavi Mərmərə” hücumunda həyatını itirənlərin ailələri və yaralananlar üçün Türkiyəyə 20 milyon dollar təzminat ödəməyi təklif edib.

Publika.Az –ın verdiyi xəbərə görə, İsrailin “Haaretz” qəzetinə danışan və adının açıqlanmasını istəməyən Qərb diplomatları Türkiyə-İsrail görüşlərində irəliləyişin olduğunu, ancaq hələ bir razılaşma əldə olunmadığını bildirib.

Müzakirələrdə Türkiyənin İsraildən 30 milyon dollar təzminat tələb etdiyini ifadə edən mənbələr İsrail baş naziri Benyamin Netanyahunun 20 milyon dollar təklif etdiyini söyləyib. Qərbli diplomatlar baş nazirin təzminat məbləğinə daha 3 milyon dollar əlavə edilməsi ilə bağlı nümayəndə qrupa səlahiyyət verdiyini bildirir.

“Haaretz” qəzeti yazır ki, təklifə Türkiyənin reaksiyasının necə olacağı bəlli deyil. Qəzet həmçinin təzminatın ailələrə birbaşa verilməyəcəyini, humanitar bir fonda köçürüləcəyini və daha sonra ünvanlara paylanacağını yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm