• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ölmüş qızın ruhu görünüb-FOTOLAR

  • Dünya
  • 29 Avqust 2014 12:19
  • 997 Baxış
Ölmüş qızın ruhu görünüb-FOTOLAR

Londonlu turist İrlandiyada yerləşən Loftus Holl tarixi binasını ziyarət edib. Lakin 21 yaşlı oğlanın ziyarəti onun üçün həyatı boyunca unutmayacağı iz buraxıb. İş ondadır ki, oğlan tarixi yerdə təsadüfən ruhun fotosunu çəkib.

Tomas Bivis İrlandiyanı ziyarət edərkən müəmması ilə ad çıxarmış Loftus Holl mülkünə də baş çəkməyi qərara gəlir. Bu yerdə daim fövqəltəbii hadisələrin baş verir.

Yerli sakinlərin sözlərinə görə, 1766-cı ildə Tottenhem şəhərindən Loftus Holla bir ailə köçür. Lakin sonradan ailənin kiçik üzvü olan Ennin başına qorxulu bir hadisə gəlir.

Əfsanəyə görə, günlərin birində axşam vaxtı qapını naməlum bir insan döyüb və gecələmək üçün ailə üzvlərindən icazə istəyib. Qonağı mehribanlıqla qarşılayıblar və onu balaca Ennin də qatıldığı kart oyununa qatılmağa dəvət ediblər. Oyun zamanı Enn təsadüfən kartını yerə salıb və onu qaldırmaq üçün yerə əyilib. Bu zaman balaca qız naməlum qonağın ayaqlarını keçi ayağı kimi haçalandığını görüb. Qız ondan nə üçün daban əvəzi keçi ayağına malik olduğunu soruşduqda qonaq damı deşərək qaçıb.

Cinlə görüşdən sonra balaca Enn xəstələnir və buna görə ailə üzvləri ondan uzaq gəzməyə başlayırlar. Son anda isə qız otağına qıfıllanaraq orada da vəfat edib. Əfsanəyə görə, qız yemək və sudan imtina edərək stulda oturduğu yerdəcə ölüb. Qohumları onu elə bu vəziyyətdə də basdırıblar. Deyilənlərə görə, o vaxtdan bəri qızın ruhu Loftus Hollda gəzişir.

Tomas Bivi və onun yoldaşları ruh haqqında hekayələrə qulaq asdıqdan sonra binanın fasadının şəklini çəkiblər. Ekskursiya bitdikdən sonra 21 yaşlı turist şəkillərə baxmaq üçün tələsib. O, təsadüfən şəkillərin arasında balaca bir qız siluetinə rast gəlib. Bu azmış kimi, şəkildə qızın ruhunun yanında qorxunc simalı qarı da görünüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR