Timoşenkonu rədd edib, Poroşenkonu seçdi
Bizi izləyin

Dünya

Timoşenkonu rədd edib, Poroşenkonu seçdi

Krım tatarlarının lideri, Ukrayna Radasında “Batkovşina” partiyasının fraksiyasında təmsil olunan Mustafa Cəmilev oktyabrda keçiriləcək parlament seçkilərinə “Pyotr Poroşenkonun bloku” partiyasının tərkibində qatılacaq.

Publika.az xəbər verir ki, Cəmilev bu haqda “Krımskiye realiye” qəzetinə danışıb: “Timoşenkodan təklif almışdım. Amma indi prezidentin də bloku yaradılır. Bütün demokratik qüvvələr orada təmsil olunacaq. Hesab edirəm ki, məhz o blokdan namizədliyim veriləcək”.

O həmçinin bildirib ki, Krım Tatar Məslisinin sədri Refat Çubarov da prezidentin blokuna qoşulacaq.

Seçkilər oktyabrın 26-da keçiriləcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm