Nalbəndyan Ərdoğanla görüşüb, Sarkisyanın “soyqırım” dəvətini çatdırdı
Bizi izləyin

Dünya

Nalbəndyan Ərdoğanla görüşüb, Sarkisyanın “soyqırım” dəvətini çatdırdı

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edən Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan onunla görüşüb və söhbətləşib.

Virtualaz.org saytı “Armenpress” agentliyinə istinadən xəbər verir ki, Nalbəndyan prezident Serj Sərkisyanın rəsmi dəvətini Ərdoğana çatdırıb.

Həmin dəvətdə Sərkisyan Ərdoğanı gələn il aprelin 24-də İrəvanda “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı təşkil olunacaq mərasimlərə qatılmağa çağırır.

Xəbərdə bildirilir ki, Ərdoğanla Nalbəndyan arasında qısamüddətli görüş andiçmə mərasiminə qatılan nümayəndə heyətlərinin şərəfinə verilən ziyafət zamanı baş tutub. Tərəflər qısa müddət söhbət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm