Dünya
AKP Gülənə: “ Allah eşqinə, gəlin Türkiyəyə”
“Türkiyəyə geri dön. Yoxsa sizi istəmədiyimiz bir sıra bağlantıların içinə soxdular da buraxmırlar?”.Publika.Az xəbər verir ki, AKP baş katibinin köməkçisi, Karabükdən seçilmiş millət vəkili Mehmet Ali Şahin ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaatın dini lideri Fətullah Gülənə belə bir çağırış edib.
Ali Şahin Rəcəb Təyyib Ərdoğanı müdafiə edərək onu orta məktəbdən tanıdığını bildirib.“Siyasətə onunla başladım, onunla davam edirəm, yaxşı və pis günləri birlikdə paylaşdıq. Siyasət uzun bir işdir. Zaman-zaman əngəllər ortaya çıxa bilər, bütün əngəlləri bir birlikdə geridə qoyduq. Xüsusilə dünən axşam gördüyüm Tayyip Ərdoğan son dərəcə müsbət auralı bir baş nazirdir və önünə çıxarılan bütün əngəlləri əvvəllər olduğu kimi bir-bir dəf edən baş nazirdir”.
2014-cü il 3 mart tarixli bələdiyyə seçkilərinin sadəcə
bələdiyyə seçkiləri olmadığını deyən M. A. Şahin bildirib ki,
hazırda Türkiyədə bu seçimlə bağlı beynəlxalq proje həyata
keçirilir. Onun sözlərinə görə, bu güclər AKP-nin seçkilərdə səs
itirəcəyini düşünürlər: “Beləliklə prezident seçkilərinə gedərkən
“namizədliyini verərsə Tayyip Ərdoğanın önünü necə kəsərik?”
düşüncəsi ilə bir sıra addımlar atmağa çalışırlar. Baş ölkələr AKP
ilə bir hesablaşma, əvəz alma düşüncəsində ola bilərlər. Amma bu
proje içində “qardaş” dediklərimizin də olması bizi incidir,
yaralayır. Detallarına girməyəcəm. İnsanlara imanı, ibadəti, əxlaqı
öyrədən, doğru yolu göstərənlərə hörmət edərik, onlardan
yararlanmaq üçün çalışarıq. İmamı Əzzam, Xoca Ahmet Yesevi,
Mövlanə, Hacı Bektaşi Veli və demədiyimiz bir çox insanlar
insanların könüllərinə xitab ediblər. Amma onların heç biri “dövlət
içində dövlət quraq və bir qrup insanları öz məqsədlərimiz
istiqamətində istifadə edək” kimi şeylər düşünməyiblər”.
Daha sonra o, Fətullah Gülənə üz tutub.
“16 ildir ordasan. Allah eşqinə artıq gəlin Türkiyəyə, sizin vətəniniz buradır. Qardaşınız öldü yasına gəlmədiyiniz, yaxınınız öldü yasına gəlmədiniz. Yoxsa orada sizi istəmədiyimiz şəkildə bir bağlantılar içinə soxdular da buraxmırlar? 76 milyon insana zərər verən bir nöqtəyə gəlmiş bu proseslərə “dur” deyəcək bir fərasəti göstərəcəyinizə inanıram. AKP-yə, R. T. Ərdoğana zərər verməyə çalışanlar, Türkiyəyə zərər verdiklərini unutmamalıdırlar”-deyə AKP rəsmisi vurğulayıb.
Asif Nərimanlı
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər