Ankaraya gizli səfər: kürdlərin xahişi rədd edildi
Bizi izləyin

Dünya

Ankaraya gizli səfər: kürdlərin xahişi rədd edildi

Şimali İraq kürd muxtariyyətinin İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq üçün Türkiyəyə etdiyi yardım xahişi Ankara tərəfindən rədd olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə muxtariyyətin məclis naziri Fuad Hüseyn Ərbildə yerləşən “Rudaw TV”-nin canlı yayımında deyib.

F.Hüseyn İŞİD-ə qarşı mübarizədə dəstək almaq məqsədi ilə Türkiyəyə gizli bir səfər etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Türkiyədən istədikləri hərbi yardım xahişinə “statusunuzu başa düşürük. Ancaq qarşıdakı prezident seçkiləri və İŞİD-in əlindəki türk girovlarına görə bunu edə bilmərik” cavabını alıb.

F.Hüseyn Türkiyədən yalnız humanitar yardım ala bildiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm