Vurulmuş 12 tank Rusiyaya aparıldı
Bizi izləyin

Dünya

Vurulmuş 12 tank Rusiyaya aparıldı

Ukraynanını Luqansk vilayətindən bir gün ərzində vurulmuş 12 tank Rusiyaya aparılıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Pravoye delo” ictimai təşkilatının sədri Dmitri Sneqirev bildirib.

O, həmçinin əlavə edib ki, Rusiyanın ərazisindən Novoazovsk rayonuna 2 ədəd “Buk” özüyeriyən zenit-raket kompleksi daxil olub.

Xatırladaq ki, Ukrayna mediası Rusiya hərbi qruplaşmalarının Mariupol şəhərinə hücuma hazırlaşdığı barədə xəbər yayıb. Məlumata görə, Mariupol ətrafında 60-a qədər rus tankı var. Şəhərə gedən yolun minalandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm