Dünya
Aralıq dənizində Türkiyəyə qarşı birgə təlim keçiriləcək
Cənubi Kipr və İsrail adanın cənub sahillərində yunanlara aid təbii qaz platformasının mühafizəsi məqsədi daşıyan birgə hərbi təlim keçirməyə hazırlaşır.
Publika.Az –ın Türkiyə meadiasına istinadən verdiyi məlumata görə, Ankaraya gözdağı verməyi qarşısına məqsəd qoyan təlimdə “İqtisadi bölgədə işğalçıya maneə törədilməsi” adı ilə bir ssenari qurulub.
Yunanlar gündəlik danışıqlarında Türkiyəyə “işğalçı” deyir. 13-14 Fevral tarixlərində keçirilməsi nəzərdə tutulan təlimə İsrail Hava Qüvvələrinə aid 40-dan çox döyüş təyyarəsi qatılacaq. İsrailin döyüş təyyarələri Cənubi Kipr səmalarında Yunan Milli Mühaifizə Ordusunun hava vasitələri ilə birlikdə uçacaq. Təlimdə İsrail donanmasının da iştirakı nəzərdə tutulub.
Bölgədəki hərbi gərginliyi artıracağına səbəb olacağı deyilən təlimdə yunanların təktərəfli özününkü elan etdiyi və Türkiyənin sərt reaksiya verdiyi təbii qaz platforması ətrafında da xilasetmə təlimi keçiriləcək.
Xatırladaq ki, Cənubi Kipr və İsrail bölgədəki təbii qaz ehtiyatları ilə bağlı strateji əməkdaşlıq etmək üçün memorandum imzalayıb.
Ömər Dağlı
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi