Daha bir ölkədə Ebola aşkarlandı
Bizi izləyin

Dünya

Daha bir ölkədə Ebola aşkarlandı

Seneqal Səhiyyə Nazirliyi Ekvatorial Qvineyadan gələn tələbədə Ebola virusunun aşkarlandığını açıqlayıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazirlik yaydığı açıqlamada Seneqalda ilk dəfə belə bir faktın aşkarlandığını bildirib.

Tələbənin hansı universitetdə təhsil aldığı açıqlanmayıb. O, ölkənin paytaxtı Dakardakı xəstəxanaya yerləşdirilib. Yayılan açıqlamada tələbənin məhz Ekvatorial Qvineyada xəstəliyə yoluxduğu müəyyən edilib.

Tələbə sərhəddi keçərkən onda Ebola əlamətləri müşahidə edilib və ölkəyə daxil olan kimi o, karantinə alınıb.

Seneqalda xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülüb və artıq Ekvatorial Qvineya ilə sərhədlər bağlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Ebola 552 min insanın ölümünə səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm