Qorbaçov: “Biz Avropada dəhşətli qırğınla üzləşə bilərik”
Bizi izləyin

Dünya

Qorbaçov: “Biz Avropada dəhşətli qırğınla üzləşə bilərik”

Rusiya Ukraynadakı hadisələrlə bağlı düzgün siyasət yeridir.

Axar.az xəbər verir ki, bunu keçmiş SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov verdiyi müsahibəsində bildirib.

“Hər halda Rusiya müdaxilə etməməlidir. Əgər bizim ölkəmiz müdaxilə etsə, baş verən yanğını bütün dünya söndürə bilməz. Və siyasətçilərimiz də mövqelərini saxlamaqda düz edirlər”, - Qorbaçov deyib.

Qorbaçov müsahibəsində tərəflərə məsləhət də verməyi unutmayıb: “Elə etmək lazımdır ki, tərəflər bir-birini öldürməyi dayandırsınlar, bu ki eyni xalqdır. Əgər dövlətlər müdaxilə edəcəksə, miqyas böyüyəcək və orada hamı iştirak edəcək. Biz Avropada dəhşətli qırğınla üzləşə bilərik. Buna yol vermək olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm