Antiterror güclərinin mühasirədən çıxarılmasına başlanılıb
Bizi izləyin

Dünya

Antiterror güclərinin mühasirədən çıxarılmasına başlanılıb

Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında mühasirədə olan antiterror güclərinin 28 döyüşçüsü çıxarılıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “facebook” səhifəsində daxili işlər naziri Arsen Avakov bildirib.

Onlar “Mirotvires” (14), “Herson” (3) və “Dnepr-1” (11) batalyonların döyüşçüləridir.

Qeyd edək ki, danışıqlar nəticəsində antiterror güclərinin mühasirədən çıxarılması barədə razılıq əldə olunub. “Donbas” batalyonun komandiri Semyon Semençenko “facebook” səhifəsində antiterror güclərinin Novokaterinovka, Starobeşevo və Çervonopole yaşayış məntəqələrində mühasirədə olduğunu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm