Türkiyə İŞİD-çiləri: “Kəbə dağıdılacaq, İstanbul alınacaq”
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-çiləri: “Kəbə dağıdılacaq, İstanbul alınacaq”

Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Atilla Kart İŞİD terror təşkilatının Konya şəhərindəki fəaliyyəti haqqda yazılı açıqlama ilə çıxış edib. Terror təşkilatı barədə faktları ictimaiyyətə açıqlayan Kart, gəncləri İŞİD-ə yönəldən kitabxanalar və müəllimlər barədə danışıb: " … kitapxanasında M …, UB, İ.K., SY, BMT adlı müəllimlər gəncləri toplayaraq cihadın mahiyyətini və əhəmiyyətini izah edirlər. Bu yolla onlara qoşulan insanların sayı Konya və ətrafında 3 min nəfərə çatıb. Cahanbəylidə 17 insan onlara qatılıb, 8-i ölüb. Hadimdən 12, Bozkırdan 50 insan İŞİD-ə qoşulub. Konya Çayırbağından 12 gənc onlara qoşulmuş, 6-sı ölmüşdür. Karadiğin kəndindən terror təşkilatına qoşulanların 10-u ölüb».

Gəncləri İŞİD-ə yönəldənləri təhlükəsizlik orqanları tanıyır

Atilla Kart gənclərə «cihad» adı altında təlim keçib, onları terrora yönəldən müəllimlərin adlarının Konya təhlükəsizlik orqanlarına məlum olduğuna diqqət çəkib: "Bu gəncləri öyrədən, cihad adı altında yönəldən müəllimlərin adı təhlükəsizlik orqanlarına məlumdur. İstanbulda toplantılar təşkil edib, açıq havada bayram namazı qılıb "cihad" qışqıranlar, Konyada, Cahanda «hicrətə gedin» — deyə çağırış edirlər. Konyada hər şənbə axşamı "T …" jurnalının nəzarəti altında toplantılar keçirilir. Təlim mərkəzinin dərshanələr küçəsində olduğu bildirilir. Təhlükəsizlik orqanlarının bu toplantılar haqqında məlumatı var. Altınapa Anbarının ətrafında bayram namazı qılınıb. Bu namaz qara rəngli 2 bayraq arasında qılınıb. 2014-cü il 29-30 iyul tarixindəki fəaliyyətləri haqqında danışıram".

.

İŞİD müəllimləri silah ticarəti ilə məşğuldur

Kart həmçinin iddia edib ki, «müəllimlər»in vasitəsi ilə əsasən Konyada olmaqla silah ticarəti edilir, əldə edilən pul və silahlar isə İŞİD-ə göndərilir. O, İŞİD-ə qoşulan gənclərin Kilis ərazisindən Suriyaya keçirildiyini bildirib: "Aparılan təbliğatlarda Kəbə dağıdılacaq, İstanbul alınacaq" deyilir. Anıtkabir, Mövlana müzeyi və Hacı Bektaş Vəli türbəsi hədəfə alınır. Türkiyənin kafir məmləkəti olduğu haqqında təbliğat aparılır".

Konya təhlükəsizlik orqanları tədbir görmür

Millət vəkili konyalı ailələrin artıq öz övladlarından qorxduğunu bildirib. Onun sözlərinə görə, gənclərə təlim keçirilməsi və onların Suriyaya göndərilməsi haqqında təhlükəsizlik orqanlarının məlumatı olsa da, heç bir tədbir görülmür: "18 və 35 yaş arasında olan bu uşaqlara 3-4 ay təlim keçib, Suriyaya müharibəyə göndərirlər. Hazırda Qaziantepdə, Kilistə, Urfa, Ceylanpınar xəstəxanalarında 600-ə yaxın yaralı var. Görünən budur ki, Konya polisi bu haqda məlumata sahib olsa da, heç bir tədbir görmür".

AzadXeber.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm