ABŞ Livana 20 milyon dollarlıq silah-sursat göndərdi
Bizi izləyin

Dünya

ABŞ Livana 20 milyon dollarlıq silah-sursat göndərdi

ABŞ Livan ordusunu müasir silahlarla təchiz etməyə qərar verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, yardım Beyruta gələn həftə çatdırılacaq.

Bununla rəsmi Vaşinqton regionda son vaxtar aktivləşən islamçıların fonunda Livan ordusunun döyüşkənliyini artırmaq istəyir.

Uzun illərdir ki, bu ölkə regional dövlətlərin və etnik qruplaşmaların döyüş meydanına çevrilib. İndi 4 milyon əhalisi olan Livan üzərində İŞİD qorxusu var. Radikallar artıq sərhədlərə yaxınlaşır. Livanın özündə isə şiə qruplaşması olan “Hizbullah”ın mövqeləri güclüdür.

Hazırda “Hizbullah” briqadaları Suiyada Əsəd qvvələri tərəfində vuruşurlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm