• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ABŞ mətbuatından Ərdoğan haqda inanılmaz fikirlər

  • Dünya
  • 30 Avqust 2014 17:40
  • 662 Baxış
ABŞ mətbuatından Ərdoğan haqda inanılmaz fikirlər

ABŞ mətbuatı Ərdoğanın “Türkiyənin Atatürkdən sonrakı ən güclü lideri” olduğunu qeyd edib.

Axar.az xəbər verir ki, Türkiyənin ünlü xəbər agentliyi “Anadolu Ajansı” bu barədə xəbər verib.

Agentlik Ərdoğanın prezidentlik səlahiyyətlərinin təhvil-təslim mərasiminin dünya mediasında işıqlandırılmasına toxunaraq bir çox nüfuzlu dərgilərə istinad edib.

ABŞ-ın CNN, “Val Strit Jurnal”ı Ərdoğanı yeni siyasi kursun müjdəçisi və Türkiyədə xalq tərəfindən seçilən ilk prezident kimi qələmə verib.

Nüfuzlu “Kristian Sayens Monitor” dərgisi isə Ərdoğanı Türkiyənin qurucusu Mustafa Kamal Atatürkdən sonra ən güclü lider kimi xarakterizə edib.

Agentlik Azərbaycan mətbuatında Ərdoğanın prezidentlik dönəminin başlanılmasına dair gedən xəbərləri işıqlandırıb.

Sevindirici haldır ki, Türkiyə mətbuatının əsas siması sayılan agentlik “Gündəlik Teleqraf” qəzetində də sözügedən hadisə ilə bağlı xəbərləri işıqlandırıb.

Qəzetdə “Ərdoğan rəsmən prezident oldu” başlığı ilə gedən xəbərə diqqət çəkən agentlik ayrıca olaraq inauqurasiya mərasimində ölkəmizdən Türkiyəyə gedəcək rəsmilərin adlarını sadalayıb.

Bundan başqa agentlik “Yeni Müsavat”, “Ekspress”, “Şərq” qəzetində Ərdoğanla bağlı yazıları da işıqlandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR