İŞİD qadınları cihada çağırdı
Bizi izləyin

Dünya

İŞİD qadınları cihada çağırdı

İŞİD-in sıralarında qadınların getdikcə çoxalması Qərb və Asiya ölkələrində həyəcan təbili çalıb.

Axar.az xəbər verirki, Malayziyanın araşdırması nəticəsində 3 qadının Türkiyədən Suriyaya keçdiyi ortaya çıxıb.

Malayziya kəşfiyyatı ingilis və avstraliyalı qadınların da Suriyaya getdiyini açıqlayıb.

“NyuYork Tayms” qəzeti isə terrorçuların arasında amerikalı qadınların çoxluq təşkil etdiyini qeyd edib. Qəzetin yazdığına görə, Suriyaya gedən qadınlar “cihadnigahı”adı altında terrorçularla cinsi əlaqədə olur.

Qəzet onu da bildiribki, İŞİD-in qadınlardan ibarət “Əl-Hansa Diviziyası” adlı dəstəsi də var. Məqalədə yanvar ayında yaradılan dəstənin döyüşlərdə iştirak etmədiyi, ələ keçirilən şəhərlərdə qadınların şəriətə uyğun davranışlarına nəzarət etdikləri bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm