Nazarbayev hədələyici tonda Putinə cavab verdi
Bizi izləyin

Dünya

Nazarbayev hədələyici tonda Putinə cavab verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqı ilə bağlı Rusiyaya növbəti dəfə mesaj göndərib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Nazarbayev dövlət maraqlarının pozulacağı halda Qazaxıstanın Avrasiya İttifaqından çıxa biləcəyini deyib.

“Əgər müqavilədədə əksini tapan qaydalar yerinə yetirilməsə Qazaxıstan Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququna malikdir. Mən artıq əvvəllər də bunu demişəm, yenə də deyirəm”, - Nazarbayev bildirib.

Qazaxıstan prezidentinin sözlərinə görə, Qazaxıstan onun müstəqilliyinə təhlükə yaradan təşkilatları tərkibində olmayacaq: “Müstəqillik bizim ən bahalı xəzinəmizdir. Bunun üçün bizim babalarımız mübarizə aparıblar. Biz heç vaxt müstəqilliyimizi verməyəcəyik və onu qorumaq üçün bacardığımız hər şeyi edəcəyik”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının daha çox qazaxlara lazım olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm