İraq ordusu İŞİD-in “son qala”sına hücuma keçdi
Bizi izləyin

Dünya

İraq ordusu İŞİD-in “son qala”sına hücuma keçdi

İraq ordusu Diyala vilayətinin qərbində yerləşən və İŞİD terror təşkilatının son qalası olaraq xarakterizə edilən İncane bölgəsini geri almaq üçün əməliyyata başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Diyala valisi Adi əl-Hudran bildirib. Vali “son qala”nın alınması üçün oraya gedən yolda yerləşdirilmiş onlarla patlayıcının təsirsiz hala gətirildiyini deyib.

İŞİD-in liderlik etdiyi silahlı qrupların Mosul başqa olmaqla İraqın bəzi şəhərlərini ələ keçirməsindən sonra terror təşkilatı ilə təhlükəsizlik gücləri arasında qarşıdurmalar yaşanır. ABŞ təyyarələri İraq ordusuna kömək olaraq İŞİD mövqelərinə hava zərbələri endirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm