Ukrayna Avropadan daha bir milyard dollar alacaq
Bizi izləyin

Dünya

Ukrayna Avropadan daha bir milyard dollar alacaq

Ukrayna Avropa Birliyindən əlavə olaraq bir milyard avro alacaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Brüsseldə olan Ukrayna prezidenti Pyotr Poroşenko mətbuat konfransında bildirib.

“Avropa İttifaqı çətin vəziyyətdə olan Ukraynanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Biz Brüsseldə bir çox, o cümlədən ölkənin şərq regionları üçün humanitar yardımın göstərilməsi və müdafiə vasitələrinin göndərilməsi məsələlərini müzakirə etdik”, - Poroşenko deyib.

Ukrayna dövlət başçısı sentyabrın 12-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Kiyevə səfər edəcəyini əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm