Suriya Livanı vurdu – Son dəqiqə
Bizi izləyin

Dünya

Suriya Livanı vurdu – Son dəqiqə

Suriya ordusu Livanın Arsal qəsəbəsi yaxınlığında yerləşən radikal qruplaşmaların olduğu ehtimal olunan əraziləri bombalayıb.

Axar.az xəbər verir ki, Curud Arsal bölgəsinə təşkil olunan hücumda ölən və yaralananların olduğu bildirilib.

Xatırladaq ki, Livanın Suriya sərhədindəki Arsal qəsəbəsində ordu birlikləri və Suriyadan gələn silahlı qruplar arasında qarşıdurmalar 2 avqustda başlamışdı. Arsal bölgəsinə girən Əl Nusra cəbhəsi və İŞİD terrorçuları bölgədən geri çəkilərkən 20-yə yaxın hərbi girov götürmüş, lakin onlardan səkkizini sərbəst buraxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm