Dünya
Həsən Ruhanidən Obamaya: "Qadağaları pozacağıq"
İran Prezidenti Həsən Ruhani BMT konfransında ABŞ Prezidenti Barak Obama ilə görüşmək planının olmadığını bildirib.
Axar.az xəbər verir ki, Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqinin və 25 şirkəti cəzalandırmasının “Cenevrə razılaşması”na zidd olduğunu qeyd edib:
”Sanksiyalar İran xalqının hüquqlarına təcavüzdür. Bütün gücümüzlə buna qarşı mübarizə aparacağıq. ABŞ bizimlə əməkdaşlıq etdiyinə görə 25 şirkəti cəzalandırıb. Əlbəttə ki, sanksiyaları pozacağıq. Bu bizim üçün fəxrdir. Çünki bu qanunsuzdur. Bizə qarşı tətbiq olunan sanksiyalar cinayətdir. Dərman və qida idxalına qoyulan sanksiya cinayətdir. Biz sanksiyaları ləğv etmək üçün həmişə mübarizə aparacağıq”. ABŞ-ın danışıqlar cəhdini “çirkin” olaraq xarakterizə edən Ruhani xalqın ABŞ-a inanmadığını bildirib:
“Xalqımız ABŞ-a inanmır. ABŞ bu etibarı qazanmaq üçün addım atmalıydı. Ancaq təəssüf ki, onlar bu etibarsızlığı getdikcə daha da artırır”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...